Sumqayıtda avtomobil aşıb: ölən var

21

Sumqayıtda baş verən avtomobil qəzasında ölən sürücünün şəxsiyyəti məlum olub.

Bloger.az xəbər verir ki, bu, 1991-ci il təvəllüdlü Elşad Məhəmmədəli oğlu Musayevdir.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Səməd Vurğun küçəsində qeydə alınıb. “Lexus” markalı avtomobil aşıb. Sürücü hadisə yerindəcə ölüb.