Amerika Birləşmiş Ştatları Mərkəzi Komandanlığının Maykl Kurilla və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hertsi Halevi arasında görüş baş tutub.
Bloger.az xəbər verir ki, görüş amerikalı komandirin İsrailə bu həftə ərzində ikinci səfəri çərçivəsində keçirilib.
Görüşdə təhlükəsizlik və strateji məsələlərlə yanaşı regional təhlükələrə birgə cavab tədbirlərinin hazırlıqları barədə müzakirələr aparılıb.
Kurilla həmçinin İsrail Hərbi Hava Qüvvələrinin yeraltı komandanlıq mərkəzinə baş çəkib və , HHQ rəhbəri Tomer Bar ilə cari vəziyyəti qiymətləndirib.
Eyni zamanda, ABŞ-nin müdafiə naziri Lloyd Ostin Vaşinqtonun Yaxın Şərqdəki qoşunlarına əlavə dəstək kimi “F-22 Raptor” hərbi təyyarələrinin də göndərildiyini açıqlayıb.