Yaponiya baş naziri Mərkəzi Asiyaya səfərini ləğv edib

16

Yaponiyanın baş naziri Fumio Kişida ölkəsindəki güclü zəlzələ riski səbəbindən Qazaxıstan, Özbəkistan və Monqolustana planlaşdırılan 4 günlük səfərini ləğv edib.

Bloger.az xəbər verir ki, məlumatı “Kyodo News” yayıb.

Məlumata görə, baş nazir Naqasakidə keçirilən illik sülh mərasimində iştirak edib və burada keçirdiyi mətbuat konfransında səfərin ləğv olunduğunu bildirib.

Kişidanın Astanada “Mərkəzi Asiya+Yaponiya” formatında keçiriləcək ilk sammitdə iştirak etməsi planlaşdırılırdı. Ulan-Batorda Yaponiya liderinin Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux və baş nazir Luvsannamsrain Oyuun-Erdene ilə ayrılıqda görüşü gözlənilirdi.

Yaponiya hökumətinin məlumatına görə, cümə axşamı baş verən zəlzələ Miyazaki və iki qonşu prefekturada binalara böyük ziyan vurub, ölən olmayıb.