“Qara pantera”nın aktrisası vəfat etdi

16

“Marvel” şirkətinin “Qara pantera” filmində rol alan Cənubi afrikalı aktrisa Konni Çiume vəfat edib.

Bloger.az xəbər verir ki, aktrisa 72 yaşında xəstəxanada dünyasını dəyişib. Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Konni “Kral şir”, “Ovçunun ürəyi”, “Tezliklə axşam olacaq”, “14-cü ərazi” kimi filmlərdə rol alıb.