Vaşinqton Ankaraya xəbərdarlıq edib

21

ABŞ Rusiyaya hərbi texnika ixracının “nəticələri” barədə Türkiyəyə xəbərdarlıq edib.

Bloger.az xəbər verir ki, Amerika hökuməti Ankaradan Rusiya hərbi texnikasında istifadə olunan mikroçiplərin və digər hissələrin tədarükünün dayandırılmasını tələb edir.

“Financial Times” qəzetində nəşr olunan materialda bildirilir ki, ABŞ-nin ticarət nazirinin köməkçisi Metyu Akselrod bu yaxınlarda Ankaraya və İstanbula səfər edərək, Türkiyə rəsmiləri və liderləri ilə görüşüb. Vaşinqtonun narahatlığını çatdıran amerikalı məmur, Türkiyənin Moskvanın Ukraynada apatrdığı müharibədə əsas rol oynayan mikroçiplər və digər hissələrin ticarətini məhdudlaşdırmaq üçün daha çox işlər görməli olduğunu vurğulayıb. Ağ Ev Ankaranı nəzarəti gücləndirməyə və bu ixracı dayandırmaq üçün tədbirlər görməyə çağırır.

“Amerika texnologiyasının Rusiyaya qeyri-qanuni axınının qarşısını almaq üçün bizə Türkiyənin köməyi lazımdır. Bu məsələdə biz Türkiyənin hakimiyyət orqanlarından və sənayesindən sürətli irəliləyiş görməliyik. Əks halda bizim ixrac nəzarətimizdən yayınanlara qarşı tədbirlər görməkdən başqa çarəmiz qalmayacaq”, – Metyu Akselrod deyib.

“Financial Times” iddia edir ki, Vaşinqtonun xəbərdarlığı Türkiyənin Rusiya ilə güclü ticarət əlaqələri saxlamaq qərarının NATO üzrə iki müttəfiq arasında münasibətlərin necə pisləşdirdiyinin ən son sübutudur.

  • ABŞ Türkiyənin Rusiya raketləri və dronlarında istifadə olunan Qərb istehsalı elektronikası, o cümlədən prosessorlar, yaddaş kartları və gücləndiricilərin ixrac nəzarətini pozan əsas mərkəzə çevrilməsindən xüsusilə narahatdır”, – qəzet yazır.