Ötən gün ölkədə 65 kiloqramdan çox narkotik aşkarlanıb

21

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 6-da ümumi çəkisi 65 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bloger.az xəbər verir ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,5 kiloqrama yaxın heroin, 63 kiloqramdan artıq marixuana və 500 qrama yaxın metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.