Sumqayıtda ana və övladı qidadan zəhərlənib

17

Sumqayıtda ana və azyaşlı övladı qidadan zəhərlənib.

Bloger.az xəbər verir ki, hadisə “Ceyranbatan bağları” adlanan ərazidə yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü Mərdanova Aişə Adil qızı və övladı, 2022-ci il təvəllüdlü Mərdanov Əli Səxavət oğlu yaşadıqları evdə yedikləri qidadan zəhərləniblər.

Onlar xəstəxanaya çatdırılıb.

Ana və övladının ət məhsulundan zəhərləndiyi ehtimal olunur.