SADAT-ın (Beynəlxalq Müdafiə Məsləhətçiliyi) qurucusu, prezident Rəcəb Tayyib Ərdoğanın keçmiş baş müşaviri Adnan Tanrıverdi vəfat edib.
Bloger.az-ın məlumatına görə, SADAT-ın qurucusu Adnan Tanrıverdi ötən gün səhər saatlarında dünyasını dəyişib.
Onun cənazəsi bu gün dəfn olunacaq
A.Tanrıverdi 2016-cı ilin avqustunda prezidentin baş müşaviri təyin edilib. O, 2020-ci ilin yanvarında bu vəzifədən istefa verib.