Tehranda İsmayıl Haniyə üçün vida mərasimi keçirilib

14

Tehranda HƏMAS təşkilatının lideri İsmayıl Haniyə üçün vida mərasimi keçirilib.

Bloger.az xəbər verir ki, Haniyənin vida mərasimində iştirak edən İran İslam İnqilabının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei cənazə namazı qılıb.

Ayətullah Xamenei cənazə namazından sonra Haniyə ilə vidalaşıb.

İranın Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Əkbər Əhmədian İsmayıl Haniyə üçün keçirilən dəfn mərasimində çıxışı zamanı vurğulayıb ki, sui-qəsdə görə qisas mütləq alınacaq.

İsmayı Haniyənin cənazəsinin Qətərə aparılacağı və paytaxt Dohada dəfn olunacağı bildirilir.

Xatırladaq ki, HƏMAS təşkilatının lideri İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak üetmək üçün Tehran gəlmiş və ötün gün iqamətgahında öldürülmüşdü. Onunla bərabər bir mühafizəçisi də öldürülüb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr bürosunun bəyanatında deyilir ki, hücumun səbəbləri araşdırılır və təfərrüatlar daha sonra açıqlanacaq. İran bu hadisədə İsrail və ABŞ-ı günahkar sayır.