İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 66 nəfər artaraq 39 min 324 nəfərə çatıb.
Bloger.az xəbər verir ki, bu bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yaralıların sayı 90 min 830-a yüksəlib. Dağıntılar altında və yol kənarlarında hələ də cəsədlərin olduğu bildirilir.