VI çağırış Milli Məclisin deputatı Sevil Mikayılova sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Bloger.az-ın məlumatına görə, o, 58 saylı Xaçmaz kənd seçki dairəsindən namizədliyini irəli sürüb.
Məlumata görə, o, artıq sənədlərini müvafiq Dairə Seçki Komissiyasına təqdim edib.
Qeyd edək ki, Əməkdar jurnalist 1974-cü il iyunun 27-də Bakı şəhərində anadan olub. O, 2020-ci ildə keçirilən seçkilərdə 56 aylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilib.