Tanınmış iqtisadçı Eyyub Kərimli deputatlığa namizədliyini irəli sürüb.

7

QHT sədri, iqtisadçı-ekspert Eyyub Kərimli Nizami rayon 24 saylı seçki dairəsindən namizədliyini irəli sürüb

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli Nizami rayon 24 saylı seçki dairəsindən namizədliyini irəli sürüb.

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli, 1 sentyabr 2024-cü il tarixində keçiriləcək Milli Məclis seçkilərində Nizami rayon 24 saylı seçki dairəsindən namizədliyini irəli sürüb. 10 ildən artıqdır Nizami rayon sakini olan Kərimli, Dövlət İdarəçilik Akademiyasının müəllimi və vətəndaş cəmiyyəti institutunun fəal üzvü kimi fəaliyyət göstərir.

Kərimli, iqtisadi bilikləri və sosial məsələlərə dair təcrübəsi sayəsində ölkə və Nizami rayonundakı vəziyyətlə yaxından tanış olduğunu bildirir. Müntəzəm olaraq dövri mətbuatda çıxışlar edərək və müzakirələrdə iştirak edərək vətəndaşları sosial-iqtisadi məsələlər barədə məlumatlandırmış və problemlərin həlli yolları haqqında təkliflər irəli sürmüşdür.

Eyyub Kərimli, Nizami rayon sakinlərini düşündürən və narahat edən məsələlər barədə geniş təsəvvürə malik olduğunu vurğulayır. Bu səbəbdən, o, Milli Məclisdə sakinlərin səsini layiqincə təmsil etmək, narahatlıq doğuran məsələləri parlamentdə müzakirə etmək və səsinizi icra strukturlarına çatdırmaq üçün müstəqil və bitərəf namizəd kimi seçkilərə qoşulmuşdur.

İmza toplama prosesinə artıq başlanılıb və Kərimli, sakinlərdən dəstək istəyir. Nümayəndələr sakinlərlə əlaqə saxlayaraq imzaları qeydə alacaqlar.

Qeyd edək ki, hər bir seçici istənilən sayda namizədə imza verə bilər. Seçki dairəsinin hüdudlarına R. Rüstəmov, Ş. Mirzəyev, Özbəkistan, Naxçıvanski küçələrinin bir hissəsi, Q.Qarayev prospekti, Şərifli və yaxın küçələr daxildir.

Eyyub Kərimli, Nizami rayon sakinlərini yeniliyə və dəyişikliklərə dəstək olmağa çağırır.

Dairə Hüdudları:

R. Rüstəmov

Ş. Mirzəyev

Özbəkistan küç.

Naxçıvanski küç.

Q.Qarayev prospekti

Şərifli küç.