Yasamalda ağaclar kəsilib

15

Bakının Yasamal rayonunun Mirəli Seyidov küçəsi, 1 ünvanında bir neçə ağac kəsilib.

Bu barədə Bloger.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Bildirilib ki, faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.