“Bu məsələdə Azərbaycanın da, Ermənistanın da, Fransanın da məqsədi sülhdür. Ümidvaram ki, tərəflər sülh sazişi üzrə razılığa gələcəklər”.
Bloger.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron Avropa Siyasi İcmasının Londonda keçirilən 4-cü sammiti çərçivəsində mətbuat konfransı zamanı azərbaycanlı jurnalistin sualını cavablandırarkən deyib.
Digər tərəfdən, o, Fransanın Ermənistana silah-sursat təminatı məsələsinə toxunaraq dilə gətirib ki, “müttəfiqin özünümüdafiəsi üçün belə bir addım normaldır”.