Bakı zooparkı qiymətləri qaldırdı

11

Bakı Zooloji Parkında biletin qiymət artıb.

Bloger.az xəbər verir ki, əvvəllər böyüklər üçün 5 manat olan bilet artıq 7 manata satılır.

Uşaqlar üçün biletin qiyməti isə dəyişməz qalıb – 2 manat.

Bakı Zooloji Parkını ziyarət etmək istəyən xarici ölkə vətəndaşları isə bilet üçün 15 manat ödəməlidirlər.

Yeni qiymətlər iTicket.az saytında yer alıb.