ABŞ hakimiyyəti keçmiş prezident Donald Trampa qarşı sui-qəsddə İranın iştirakı ilə bağlı məlumat alıb.
Bloger.az xəbər verir ki, CNN telekanalının məlumatına görə, bu barədə Amerika kəşfiyyatındakı mənbə bildirib.
ABŞ Gizli Xidməti kəşfiyyat məlumatlarını aldıqdan sonra siyasətçi üçün təhlükəsizlik tədbirlərini gücləndirib.
Amerika televiziyası məsələ ilə tanış olan şəxslərə istinadən xəbər verir ki, “son həftələrdə ABŞ səlahiyyətliləri İranın Donald Trampa qarşı sui-qəsdi barədə kəşfiyyat mənbəsindən məlumat alıblar”.
CNN-in mənbələrinə görə, Pensilvaniyada keçirilən mitinqdə Trampa qarşı sui-qəsd cəhdində ittiham olunan Tomas Metyu Kruksun və İranın mümkün sui-qəsddə əməkdaşlığın olub-olmaması hazırda təsdiqini tapmayıb.