Göygöldə meşədə iki nəfərin meyitləri aşkarlanıb.
Bloger.az-ın məlumatına görə, bir il öncə itkin düşdüyü barədə polisə məlumatı verilən 1996-cı il təvəllüdlü Yasin İbrahimovun Göygöl rayon Toğanalı kənd ərazisində meşəlikdə çürümüş meyiti aşkarlanıb.
Həmçinin meytin yanında daha bir asılmış meyit aşkarlanıb.
Araşdırma zamanı meyitin 1985-ci il təvəllüdlü Esmira Məmmədova aid olduğu məlum olub.