Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bədbəxt hadisə baş verib.
Bloger.az-ın məlumatına görə, Limanda fəaliyyət göstərən şirkətlərin birinin anbarında çalışan Məmmədağa Məstanov iş zamanı yıxılaraq dəmir qapının arasında qalıb.
M.Məstanov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.