Qazaxıstan qaz hasilatını artırmağı planlaşdırır

10

Qazaxıstan 2024-cü ildə qaz hasilatını 2,3% artıraraq 60,5 mlrd. kubmetrə çatdırmağı planlaşdırır.

Bloger.az-ın məlumatına görə, bu barədə ölkənin energetika naziri Almasadam Satkaliyev hökumətin iclasında məlumat verib.

Onun sözlərinə görə, 2024-cü ilin birinci yarısında ölkədə qaz hasilatı 30 mlrd. kubmetr təşkil edib, bu da 2024-cü il üçün planın 50%-ni təşkil edir.

Nazir qeyd edib ki, qaz hasilatının artırılması əsas Qaraçaqanak, Tengiz və Kaşaqan yataqları hesabına nəzərdə tutulub.