Xətai rayonunda 20 yaşlı gənci avtomobil vurub

22

Bakının Xətai rayonunda 20 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Bloger.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Mustafayev Elnur Teymur oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.