Göygöl şəhərində bıçaqlanma hadisəsi baş verib.
Bloger.az xəbər verir ki, hadisə ötən gün səhər saat 07 radələrində qeydə alınıb.
Belə ki, C.M. ilə həyat yoldaşı A.M. arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Nəticədə C.M-nin həyat yoldaşının bədəninə bıçaqla zərbələr endirirərək ona xəsarət yetirdiyinə dair şübhələr yaranıb.
Faktla bağlı Göygöl RPŞ-nin İB-də CM-nin 126.1 maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. C.M. həmin cinayəti törətməkdə şübhəli şəxs qismində tutulub.