Vatsapda yenilik: səslər sözə çevriləcək

18

Android istifadəçiləri üçün Vatsapa daha bir funksiya əlavə olunub.

Bloger.az bildirir ki, bu barədə “VABetaİnfo” məlumat yayıb.

Məlumata görə, yeni funksiya sayəsində Vatsapda göndərilən səsli mesajları mətnə çevirmək mümkün olacaq.

Bu funksiya ən son beta versiyası 2.24.15.5-ə əlavə edilib və hazırda yalnız məhdud sayda istifadəçi üçün əlçatandır. Yaxın gələcəkdə bu faydalı xüsusiyyət Vatsapın bütün versiyasında aktiv olacaq.