“Kəpəz” heyətini daha bir legioner futbolçu ilə gücləndirəcək

16

“Kəpəz” heyətini daha bir legioner futbolçu ilə gücləndirəcək.

Bloger.az-ın məlumatına görə, Gəncə klubu Lassana Ndiaye ilə razılıq əldə edib və yaxın günlərdə onunla 1 illik müqavilə bağlanacaq.

23 yaşlı malili oyunçu hücum xəttində çıxış edir. Forvard son olaraq 2022/2023 mövsümündə Bolqarıstanın “Arda” klubunun formasını geyinib və 35 oyunda 8 qol vurmağı bacarıb.

L.Ndiaye Malinin U-17 və U-20 millilərinin də şərəfini qoruyub.