Amerikanın məşhur rok qrupu “The Killers” İngiltərənin Avro-2024-ün yarımfinalındakı qələbəsini qeyd etmək üçün Londondakı konsertini yarımçıq dayandırıb.
Bloger.az xəbər verir ki, Brendon Flovers konsertdəki 10 ifasından sonra İngiltərənin Hollandiyanı 2-1 məğlub etməsini izləmək üçün konserti saxlayıb və böyük monitorlarda matçı izləyiblər.
Oyun başa çatdıqdan sonra gurultulu alqışlar səslənib.
Qeyd edək ki, Avro-2024-ün finalı iyulun 14-də İngiltərə və İspaniya milli komandaları arasında olacaq.