Samux rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bloger.az xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
Belə ki, rayon sakini, əvvəllər məhkum olunmuş, 2000-ci il təvəllüdlü Taleh Məhərrəmov xuliqanlıq zəminində Gəncə şəhər sakini E. İbrahimova bıçaq xəsarət yetirib.
T.Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, 24 yaşlı T.Məhərrəmov II Qarabağ müharibəsi iştirakçısı olub.