Puqaçova buna görə “xarici agent” adlandırıla bilər

17

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsi sədrinin birinci müavini Aleksey Juravlev Xalq artisti Alla Puqaçovanın ölkənin Silahlı Qüvvələrini nüfuzdan saldığına və Qərbə işlədiyinə görə “xarici agent” kimi tanınmasını və Rusiya ərazisindəki əmlakından məhrum edilməsini istəyir.

Bloger.az xəbər verir ki, o, bu təklifi Puqaçovanın instaqram hesabında Ukraynanın Kiyev şəhərində yerləşən ən böyük uşaq xəstəxanası “Oxmatdet”in raketlə vurulması ilə bağlı paylaşımından sonra edib.

Belə ki, müğənni raket zərbəsi sonrasında yaralanan körpənin fotosunu paylaşaraq “Allah səbrlidir, lakin hər şeyin bir həddi var” deyə yazıb.

Qeyd edək ki, Puqaçova və həyat yoldaşı şoumen Maksim Qalkin övladları ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçüb. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb. Alla yenidən Rusiyaya qayıtsa da, cütlüyün Londonda məskunlaşmağa hazırlaşdığı iddia edilib. Lakin sonra onlar yenidən İsrailə qayıdıblar. Son olaraq onların Yurmalaya gedəcəkləri deyilib.