Nazir: “Azərbaycanın xarici siyasəti milli maraqlara cavab verməlidir”

8

Qarşıdakı hədəflərimiz çoxdur, xarici siyasət kursunu müəyyən edən Azərbaycan Prezidenti İlham Əliyev müəyyən edib ki, Azərbaycanın xarici siyasəti milli maraqlara cavab verən siyasət olmalıdır.

Bloger.az xəbər verir ki, bunu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

“Beynəlxalq müstəvidə ölkəmizin rolunun artması istiqamətində fəal xarici siyasət kursu yürüdəcəyik. Ölkəmizə qarşı potensial olaraq təhdid olan şeyləri öncədən müəyyən edərək düzgün siyasət yürütmək müstəsna əhəmiyyətə malikdir”, – o qeyd edib.