Ermənistan Silahlı Qüvvələrinin müqaviləli əsgəri müəmmalı şəraitdə ölüb.
Bloger.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, iyulun 3-də saat 00:45-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə olunan ərazisində olan Sarkis Arturoviç Xaçatryan adlı müqaviləli hərbi qulluqçu güllə yarası alıb. Bundan sonra o, ölüb.
Hadisənin detallarının aydınlaşdırılması üçün araşdırma aparılır.