Minatəmizləmə Agentliyi (ANAMA) 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
Bloger.az xəbər verir ki, sorğuda iştirak haqqı 111 manatdır.
İddiaçılar təkliflərini iyulun 23-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 260 ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyulun 23-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.