Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunda III turun Çexiya – Türkiyə (1:2) matçının ən yaxşı futbolçusu müəyyənləşib.
Bloger.az xəbər verir ki, Türkiyə millisinin futbolçusu Barış Alper Yılmaz görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.
Qeyd edək ki, Türkiyə qrup ikincisi kimi 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb.