Yardımlıda 1 tondan artıq xaş-xaş kolu məhv edilib

16

Yardımlıda 1 tondan artıq xaş-xaş kolu məhv edilib

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 1300 kiloqram olan 8214 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.