Biləsuvarda 21 yaşlı oğlanın meyiti tapılıb

18

Bloger.az xəbər verir ki, hadisə Biləsuvar şəhəri, Molla Pənah Vaqif küçəsində yerləşən evlərdən birinin həyətində qeydə alınıb.

Rayon sakini 2003-cü il təvəllüdlü Ümüd Arif oğlu Bayramovun meyiti yaşadıqları evin həyətindəki ağacdan asılı vəziyyətdə tapılıb. 21 yaşlı oğlanın intihar etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.