“Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun separatçı rəhbərləri barəsində olan cinayət işləri yaxın vaxtlarda məhkəməyə göndəriləcək”.
Bloger.az-ın məlumatına görə, bunu Baş Prokuror Kamran Əliyev deyib. O bildirib ki, artıq 15 nəfərlə bağlı istintaq hərəkətləri başa çatıb:
“Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanış olma mərhələsi başa çatandan sonra, ittiham aktı məhkəməyə göndəriləcək”.