Dağıstanda iyunun 24, 25 və 26-da matəm elan edilib.
Bloger.az xəbər verir ki, bu barədə vilayət rəhbəri Sergey Melikovun mətbuat xidmətinin teleqram kanalında məlumat verilib.
Qeyd olunub ki, matəm günlərində respublikanın bütün ərazisində dövlət bayraqları endirilib.
Bundan əlavə, Dağıstanda yerləşən mədəniyyət müəssisələri və televiziyalar əyləncə tədbirlərini ləğv edəcəklər.
Xatırladaq ki, Dərbənd və Mahaçqalada iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna hücum nəticəsində Rus Pravoslav Kilsəsinin keşişi və polis əməkdaşları daxil olmaqla 9 nəfər həlak olub, 25 nəfər yaralanıb.