Almaniya millisinin qapıçısı Avropa çempionatlarının tarixinə düşüb

22

Almaniya millisinin qapıçısı Manuel Noyer Avropa çempionatlarının tarixinə düşüb.

Bloger.az xəbər verir ki, o, qitə turnirlərində ən çox meydana çıxan qolkiper adını qazanıb.

38 yaşlı dəri əlcək sahibi AVRO-2024-ün qrup mərhələsinin III turunun İsveçrə ilə görüşündə bu uğura imza atıb.

M.Noyer Avropa çempionatlarında 18-ci oyuna çıxmaqla italiyalı qapıçı Canluici Buffonu geridə qoyub.