Koronavirus beyin xəstəliklərinə səbəb ola bilər

14

London Universitet Kollecinin alimləri, koronavirusun beyində xəstəliklərə yol açdığını müəyyən ediblər.

“Qafqazinfo” “Brain” jurnalına istinadən xəbər verir ki, mütəxəssislər 16-85 yaş arası 43 nəfərdə xəstəliyin gedişatını araşdırıblar. Tədqiqat göstərib ki, onlardan 10-unda beyin funkisonallığının müvəqqəti pozulması, 12-sində beyin iltihabı, bir qismində isə isə sinir sisteminin yoluxucu-allergik xəstəliyi olan kəskin yayılmış ensefalomielitin meydana gəldiyi məlum olub.

Bununla yanaşı pasientlərdə insult kimi digər ağır xəsarətlər də müşahidə edilib.

Xatırladaq ki, daha əvvəl ABŞ-ın Corc Meyson Universitetinin alimləri koronavirusa yoluxmuş yaşlı insanlarda çaşqınlıq və disorientasiya əlamətləri müşahidə olunduğunu bildirmişdi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin