“Aclıq oyunları”nın aktyoru vəfat etdi

20

“Aclıq oyunları” filmində “Koriolan Snou” rolunu canlandıran kanadalı aktyor Donald Sazerlend vəfat edib.

Bloger.az xəbər verir ki, bu barədə onun oğlu məlumat yayıb.

Donald uzun sürən xəstəlikdən sonra 88 yaşında Mayamidə dünyasını dəyişib.

Qeyd edək ki, Sazerlend “Emmi” və “Qızıl Qlobus” mükafatlarına layiq görülüb.