Hövsanda yeni yaşayış kompleksi inşa ediləcək

11

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan qəsəbəsində yeni yaşayış kompleksinin layihələndirilməsi üçün podratçı seçir.

Seçim tender üsulu ilə keçirilir və Hövsan qəsəbəsinin qərbində 18,81 hektar ərazidə yeni yaşayış kompleksinin layihələndirilməsini nəzərdə tutur.

Tenderdə iştirak haqqı 500 manatdır.

Tender təklifləri 7 avqust saat 15:00-dək qəbul olunur. Təkliflərin açılması 10 avqust saat 15:00-da baş tutacaq.

Hazırda MİDA Yasamal rayonunda 2, Hövsan qəsəbəsində 1 yaşayış kompleksinin tikintisini həyata keçirir, eləcə də Sumqayıt və Gəncədə yaşayış komplekslərinin tikintisi layihələrinin reallaşdırılmasına başlayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin