Binəqədidə avtomobillər toqquşub: 1 yaralı

14

Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bloger.az xəbər verir ki, rayonun Xocasən qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sürücü 1999-cu il təvəllüdlü Kazımov Ruslan Nəsib oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.