“Real” Modriçlə müqaviləni uzatdı

13

“Real” futbolçusu Luka Modriçlə yeni müqavilə imzalayıb.

Bloger.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında bildirib.

Qeyd edilib ki, 38 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 1 illik nəzərdə tutulub.

Beləliklə, xorvatiyalı oyunçu 2024/2025 mövsümündə də Madrid təmsilçisində oynayacaq.

Xatırladaq ki, Modriç 2012-ci ildən “Real”da çıxış edir.