Çexiyada qatarlar toqquşub: ölənlər və yaralılar var

10

Çexiyanın mərkəzi hissəsində yerləşən Pardubitse şəhərində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində azı 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Bloger.az xəbər verir ki, bu barədə “iDNES” portalı fövqəladə hallar xidmətinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bəzi yaralıların vəziyyəti ağırdır.

Hazırda hadisə yerinə axtarış-xilasetmə qrupları, 36 yanğınsöndürmə briqadası və helikopter cəlb olunub.

Çexiyanın daxili işlər naziri Vit Rakuşan və nəqliyyat naziri Martin Kupka hadisə yerinə gedib.