Ədliyyə nazirinə yeni müavin təyin olunub

11

Ədliyyə naziri Fərid Əhmədova yeni müavin təyin edilib.

Nazirlikdən Bloger.az-a bildiriblər ki, bu vəzifəyə Abiddin Hüseynov gətirilib.

Qeyd edək ki, o, bu təyinatadək Ali Məhkəmənin hakimi olub. Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verib.