Sumqayıtda iki “F-1” qumbarası tapılıb

14

Sumqayıtda “F-1” markalı iki əl qumbarası aşkar edilib.

Bloger.az məlumat verir ki, hadisə Sumqayıt şəhərinin 22-ci məhəlləsində qeydə alınıb.

Belə ki, məişət tullantılarının üzərindən 2 ədəd “F-1” markalı əl qumbarası tapılıb.

Məsələ barədə polisə məlumat verilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.