Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı bərpa edildi

18

Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı yenidən bərpa edilib.

Bloger.az xəbər verir ki, bu barədə Ermənistan Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlamaqla hədələmişdi. Bir neçə gün öncə isə Ermənistanda “Birinci kanal”ın yayımı dayandırılmışdı.