MM-in yaz sessiyasının işləri planına daxil edilmiş iki layihə qəbul edilməyib

10

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş iki qanun layihəsi qəbul edilməyib.

Bloger.az-ın xəbərinə görə, parlamentin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayıb:

“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

“Ali təhsil haqqında” qanun layihəsi;

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.