Pilgrim Education Mərkəzinin xaricdə təhsil üzrə ekspertləri tələbələrin hazırda
ən çox maraq dairəsində olan sualını cavablandırır.
Bloger.az müsahibəni təqdim edir:
- Ən çox tələbələr hansı ölkələrə üstünlük verir və nəyə görə?
- Büdcələri limitli olan tələbələr, və ya xaricə qarantiyalı şəkildə qəbul olmaq
istəyənlər adətən Şərqi və Mərkəzi Avropa ölkələrinə üz tuturlar, məsələn Polşaya.
Polşada həm dövlət, həm özəl universitetlərdə təhsil haqqı təxmini 0- 3000 EUR
arası dəyişir, çoxunda isə dil sertifikatı olmadan, müsahibə yolu ilə qəbul olmaq
mümkün olur, bu da ölkədəki təhsilə qarşı marağı artırır. Burada iş imkanları da
yaxşıdır, tələbələr rahat iş tapa bilir. Polşadan əlavə Macarıstan da ola bilər, çünki bu
ölkədə xüsusi təqaüd proqramı- Stipendium Hungaricum təqaüdü vardır. Bu
proqramı hər il 200+ yerli tələbə qazanır. Keçən ilki qaliblərimiz Gündüz Əsədli,
İltifat Əlizadə artıq magistraturanın 2-ci kursuna keçid edirlər.
2-ci seçim Almaniyadır. Burada həm dövlət müəssisələrində təhsil haqqı olmadığı
üçün, həmçinin xüsusi Ausbildung proqramının mövcud olması ölkəni təhsil üçün ən
ideal seçim edir. Ausbildung peşə təhsilidir, hansının sayəsində siz həftədə 20 saat
təhsil alırsınız, 20 saat isə işləyirsiniz. Peşələrin içində maliyyədən tutmuş turizmə
kimi var, maaşlar isə ortalama 700- 1500 EUR arası olur. Hal- hazırda Almaniya
höküməti bildirib ki, 1 milyondan çox aktiv vakansiya var, odur ki burada viza
problemi demək olar ki yaşanılmır. 2 ay əvvəl tələbəmiz Aliyə Mir-Bağırova həyat
yoldaşı ilə Almaniya vizalarını alıb, artıq orada gələcək planlarını qururlar.
3-cü seçim düşünürük ki, Birləşmiş Krallıqdır, çünki bu ölkənin top 10, 50 və
100-də yerləşən universitetlərinə qarşı maraq məhz 2007-ci ildən, Dövlət
Proqramının təsis olunmasından sonra yaranıbdır. Azərbaycanlıların UK məzunu
olması artıq bir xəyal deyil, çox asan şəkildə rast gələcəyimiz bir şeydir. UCL,
Cambridge, Bristol, Queen Mary London kimi universitetlərdə hətta azərbaycanlı
tələbələrin assosiasiyaları da təsis edilibdir. Bu il də bu kimi top müəssisələrdən
Əsmər Qənbərova, Ülkər Nəsibli, Cavid Novruzov, Məhəmməd Əfəndiyev,
Abbas Əliyev və s tələbələrimiz qəbul əldə edibdir.