Gürcüstan millisinin sabiq kapitanı Avropa çempionatında oynamayacaq

15

Gürcüstan millisinin sabiq kapitanı, yarımmüdafiəçi Java Kankava 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının oyunlarında iştirak etməyəcək.

Bloger.az xəbər verir ki, Kankava bunu açıqlamasında qeyd edib.

“Mart oyunlarından sonra qərar verdim: milli komanda çağırsa, Avropa çempionatına futbolçu kimi yox, sıradan bir azarkeş kimi gedəcəyəm”, – futbolçu söyləyib.

O, qərarını heç bir şəkildə izah etməyib, etimada görə məşqçilər korpusuna təşəkkür edib və Gürcüstan millisinə uğurlar arzulayıb.