
“2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.
Mrb.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
O qeyd edib ki, layihənin gələn həftə komitədə müzakirəsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35 milyard 574,8 milyon manat (2022-ci illə müqayisədə artım 16 %), gəlirlər üzrə plan 105 % icra olunub.
2023-cü ildə dövlət büdcəsinin xərcləri 36 milyard 458,5 milyon manat (artım 13,7 %) təşkil edib, proqnoz 99,5 % icra olunub.
2023-cü il dövlət büdcəsinin kəsiri 883,7 milyon manat və ya ÜDM-in 0,7 %-ni təşkil edib.