Ərdoğan: “Türkiyənin yeni konstitusiyaya ehtiyacı var”

14

“Türkiyə üçün yeni konstitusiyanın qəbulu vacibdir”.

Mrb.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İnzibati Ədalət Günü və Dövlət Şurasının 156-cı ildönümü ilə bağlı təşkil olunan toplantıda deyib.

O bildirib ki, yeni konstitusiyanın qəbulu Türkiyə üçün çox vacibdir: “Üzərimizə düşən öhdəlikləri yerinə yetirməyə davam edəcəyik”.