Ermənistanda keçirilən etiraz aksiyalarında 12 nəfər saxlanılıb

12

Ermənistan polisi İrəvanda və ondan kənarda keçirilən etiraz aksiyaları zamanı ümumilikdə 12 nəfəri saxlayıb.

Mrb.az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya”ya təhlükəsizlik qüvvələrinin mətbuat xidmətindən məlumat verilib.

“Vətən uğrunda Tavuş” müxalifət hərəkatının tərəfdarları bu gün hazırkı hökumətin istefası tələbi ilə etiraz aksiyalarını bərpa ediblər.